11 Dekabr 2018 13:02
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında 52 yaşlı Marqaret Gizinger adlı müəllimənin dərs vaxtı bir şagirdinin saçını kəsməsinin görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, müəllimənin qəribə davranışları şagirdin sinif yoldaşları tərəfindən kameraya alınıb.

Video-görüntülərdən məlum olur ki, Marqaret Gizinger qayçı götürüb bir oğlan şagirdin saçını kəsərir. Bu, azmış kimi, sinifdəki digər şagirdlərin də saçlarını kəsməyə cəhd edir.

Əlində qayçı olan qadın ABŞ-ın dövlət himnini oxuyur və şagirdin saçını kəsərək havaya atır.

Lövhənin qarşısında oturtduğu şagirdin saçını kəsən qadın müəllimə “ustalığını” bu dəfə bir qız şagirdin saçında yoxlamağa cəhd etsə də, şagird saçını qayçıdan xilas edə bilir.

Müəllimənin qəribə davranışlarından qorxuya düşən şagirdlər qaçaraq sinfi tərk edirlər.

Lakin şagirdlər jurnalistlərə açıqlamasında bu davranışın Marqaret Gizingerə xas olmadığını və ilk dəfədir belə halla rastlaşdıqlarını bildiriblər:

“O, sevgi dolu, mədəni bir xanımdır. Demək olar ki, həmişə gülümsəyir. Bu, bizim tanıdığımız xanım Gizingerə xas davranışlar deyil”.

Hazırda müəllimə azyaşlıları istismar etmək ittihamı ilə saxlanılıb. Müəllimənin bu davranışa hansı səbəbdən yol verdiyi məlum deyil.

Marqaret Gizingerin günahkar olduğu sübut edilsə, o, 3 il yarım azadlıqdan məhrum ediləcək.

Hadisənin video-görüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər