26 Avqust 2014 16:45
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın general-qubernatoru, general-leytenant Cerri Mateparaeyə təqdim edib.

Teleqraf.com-un məlumatına görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra keçirilən görüşdə general-qubernator R.Cəmşidovu Azərbaycanın Yeni Zelandiyaya təyin edilmiş ilk səfiri kimi təbrik edərək, bu təyinatın iki ölkə arasında əlaqələrin inkişaf etməsinə təkan verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə əldə etdiyi təcrübəsinin Yeni Zelandiya üçün maraq kəsb etdiyini qeyd edərək, ölkələr arasında BMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.

General-qubernator iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcud olduğunu bildirib.

Səfir R.Cəmşidov isə fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər