"Leyla Yunusun saxlanılmasında heç bir siyasi motiv yoxdur. Hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparırlar. Onlar faktla bağlı açıqlama verəcəklər”.
Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov aprelin 28-də hava limanında hüquq müdafiəçisi Leyla Yunusun saxlanılmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Leyla və Arif Yunus ötən gecə Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıblar. Onların evlərində və ofislərində axtarış aparılıb. Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
L.Yunusun ermənilərlər işbirliyində adı hallanan və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən Rauf Mirqədirova qarşı açılan cinayət işi üzrə saxlanıldığı bildirilir.
Ruslan Xəlil