31 Dekabr 2018 10:27
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər