11 Yanvar 2019 10:46
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda soyğunçuluq hadisəsi törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini olan bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxsin ona yaxınlaşaraq zor tətbiq etdiyini, içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alaraq qaçdığını bildirib.

Məlumat əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.

Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov