17 Yanvar 2019 11:55
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda Ə.Haqverdiyev və H. Cavid prospektlərinin kəsişməsindəki ərazidə Bakıda əsən güclü külək səbəbindən dayanacaq uçub. Xəsarət alan olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, hazır vəziyyətə gətirilən texniki personalın səyi ilə baş vermiş hadisənin nəticələri aradan qaldırılıb: “İlk növbədə ərazidə nəqliyyat idarə etmənin monitorları götürülüb, kommunikasiya xətlərində yaranmış problem aradan qaldırılıb.

Külək tam səngiyəndən sonra dayanacaq pavilyonun bərpa işlərinə başlanılacaq.

İndiyə kimi yalnız belə bir fakt qeydə alınıb, ümumiyyətlə şəhər nəqliyyatında hər hansı bir problem yoxdur. İntervalda gecikmələr müşayiət olunmur.

Svetoforların da faəliyyətinə nəzarət olunur ki, qarşıdakı vaxt ərzində problem olmasın. Hər hansı bir narahatlığa, təşvişə əsas yoxdur, şəhər nəqliyyatı ilə bağlı vəziyyət tam nəzarətdədir”.


Müəllif: Aytən