Türkiyənin Bitlis bölgəsinin Hüsrevpaşa məhəlləsində fəaliyyət göstərən bir kafenin dam örtüyü üstünə yığılan qarın ağırlığına tab gətirməyərək çöküb. Hadisə nəticəsində 8 nəfər dağıntılar altında qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə baş verən əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, daha 7 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.