Gəncə şəhərində oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 27-də Gəncə şəhəri ərazisində bir qadının içərisində pul, sənəd və mobil telefon olan çantasını əlindən alıblar.
Baş Cinayət Axtarışı İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar - Ruslan Qasımov və Emin Həmzəyev saxlanılıblar.
Ruslan Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Emin Həmzəyevlə birgə daha bir qadının pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə Emin Həmzəyev də saxlanılıb.