14 Fevral 2019 01:16
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonun "qara bazar" adlanan ərazisində ağır yol qəzası baş verib.

“VAZ-21011” markalı minik maşını taraktorla toqquşub.

Hadisə nəticəsində "VAZ"ın yaşlı sürücüsü Həmid Azəri ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com