21 Fevral 2019 22:56
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 42-yə çatıb.

Teleqraf.com-un məlumatına görə, xəsarət alanlar bunlardır:

Qaraşova Kəmalə

Süleymanov İbrahim

Nəcəfova Nisə

Rüstəmova Gülnar

Bəylərov Yaşar

Məmmədova Gülnarə

Sadıqova Təranə

Alyarova Validə

İbrahimzadə Murad

Paşayev Vüqar

Həsənov Vüsal

Süleymanov Nicat

19:10

Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:

"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

18:33

Sumqayıt şəhərində yol qəzası baş verib.

30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.

Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.


Müəllif: Mənbə/Report