Müxalifət partiyalarının həbs edilən insanlarla bağlı məsələdə rəqabət apardığı artıq sirr deyil.
Bəlli olduğu kimi, Milli Şura müdafiə komitəsi təsis edib və hətta burada Müsavat və KXCP-ni də iştiraka dəvət edib. Ayrıca olaraq Müsavatın təşəbbüsü, KXCP-nin isə təşkilatçılığı ilə siyasi partiyaların insan hüquqları üzrə müdafiə komitəsi yaradılıb. KXCP və Müsavatın təşəbbüsü ilə yaradılan müdafiə komitəsi avqustun 29-da toplaşaraq müəyyən müzakirələr aparıb. Dünən isə Milli Şuranın yaratdığı müdafiə komitəsi Ziyalılar Birliyinin ofisində toplantı keçirib. Göründüyü kimi, məqsədləri eyni olan iki fərqli komitə hətta fəaliyyətlərinə görə də, rəqabətdədirlər və "qonşudan geri qalmamaq" prinsipi ilə işləyirlər.