27 Fevral 2019 00:58
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məşhur ailə restoranı olan "Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti aşkar edilib.

Sputnik- Azərbaycan xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Məlumata görə, Elbrus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxınlarının virtualaz.org-a bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər