28 Fevral 2019 10:16
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul oğurlanıb.

Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb.

N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.

Faktla bağlı 18-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər