Yevlax rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 26-da, axşam saat 10 radələrində rayonun Yuxarı Qarxun kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Elnur Məmmədov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ona vaxtında tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Məlumatla əlaqədar Yevlax rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.