6 Mart 2019 16:37
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.

Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə “Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əsəbləri zəif olanların və yetkinlik yaşına çatmayanların videoya baxmamağı tövsiyə olunur./“Qafqazinfo”/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər