16 Mart 2019 22:17
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur müğənnisi Yuliya Naçalova vəfat edib. Trend-in məlumatına görə, bu barədə müğənninin PR-direktoru Anna İsayeva bildirib.

Xatırladaq ki, bazar ertəsi günü Naçalovanın Moskva klinikalarının birində reanimasiyaya düşdüyü bildirilirdi. Buna səbəb qanda şəkərin kəskin şəkildə artması idi.

Daha əvvəl Naçalovanın ayağında əməliyyat aparıldığı qeyd edilirdi.


Müəllif: Teleqraf.com