20 Mart 2019 11:46
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub.

Polisdən verilən məlumata görə, onlar xəstəxanaya müraciət etməyiblər.

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov