2 Sentyabr 2014 19:55
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun Parisdəki mərkəzi qərargahında BMT-nin VI baş katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş qurumun iki illiyi ilə əlaqədar gerçəkləşən layihə çərçivəsində baş tutub və mərkəzin fəxri üzvü olan B.B.Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub.

BMT-nin sabiq baş katibi B.B.Qali ilə gələn il Bakıda keçiriləcək və özünün də iştirak edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub və forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb. B.B.Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən toplantının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, “Avropada etimadın bərpa olunması” mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Qeyd edək ki, Nizami Gəncəvi mükafatı daha öncə sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, şahzadə Nur, şahzadə Silvio, ABŞ-da Hillari Klinton administrasiyasının rəhbəri olmuş Melani Ververə təqdim olunub.

Andorrada keçiriləcək toplantıda isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun rəhbərliyi və üzvlərinin iştirakı nəzərdə tutulub. Onların arasında Vayra Vike-Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Mixail Saakaşvili, Recep Meydani, Viktor Yuşenko, Hikmet Çətin və digər sabiq dövlət və hökumət başçıları var.

Səxavət


Müəllif:

Oxşar xəbərlər