İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya içərisində partlayıcı qurğu olan zərf göndərilib.
Teleqraf.com xəbər verir ki, partlayıcı qurğu mütəxəssislər tərəfindən aşkar edilib.
Partlayıcı qurğunu mütəxəssislər zərərsizləşdirib.
K.Appendinonun təmsil etdiyi "5 ulduz" Hərəkatı"ndan siyasətçilər və siyasi opponentlər baş verəni "terror yönümlü ciddi hadisə" adlandırıblar.