18 Aprel 2019 14:20
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Zarat kəndi ərazisində Sumqayıt şəhər sakini F.Quliyevin idarə etdiyi “KİA” markalı minik və Abşeron rayon sakini A.İmaməliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilləri toqquşub.

Nəticədə F.Quliyevin sərnişini, Xızı rayon sakini Natiq İlyasov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov