18 Aprel 2019 18:09
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri 21 yaşlı Orxan Kərimi, 23 yaşlı Elgün Hüseynəliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Hyundai” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədən bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların barəsində inzibati qaydada tədbir görülüb.


Müəllif: Hacı Zeynalov