22 Aprel 2019 00:45
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.

Azyaşlı əvvəlcə Xocahəsən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Onun müalicəsi davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər