24 Aprel 2019 23:13
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, edam 6 gün əvvəl icra edilsə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, 5 il əvvəl naməlum səbəbə görə qətl törədən Hersin şəhər sakini Cəfər Hüseyni aprelin 18-də Kirmanşah şəhərinin Dizelabad həbsxanasında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu