Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.
Teleqraf.com xəbər verir ki, FHN-nin qaynar xəttinə kimliyi məlum olmayan 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub axrarış aparılır.
Faktla bağlı Salyan rayon Polis Şöbəsinin və FHN-nin əməkdaşları tərəfindən araşdırma aparılır.