5 Sentyabr 2014 14:14
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan Prezidenti Serj Sarkisyanın psixi durumunun bərbad vəziyyətdə olduğunu açıqlayıb.

Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində deyib ki, son bir ayda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sarkisyanla keçirilmiş iki görüşdə belə qəti qənaətə gəlib ki, onun psixi durumu bərbad vəziyyətdədir.

PA rəsmisinin sözlərinə görə, ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, Ermənistan Prezidentinin işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur.


Müəllif:

Oxşar xəbərlər