Ağdaş rayonunda oğuruq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsinə müraciət edən Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini M.İsmayılov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.