19 May 2019 23:20
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Astara rayonunn Şüvi kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adları məlum olub.

Rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Şəhriyar Şair oğlu Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı 99-RU-131 dövlət-qeydiyyat nişanlı avtomobil, rayonun Siyətük kənd sakini, Məmməd Şükür oğlu Şahmurad oğlunun idarə etdiyi "Mercedes" markalı 99-HD-377 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü Ş.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Kamil Qadir oğlu Baxşiyev isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər