Bakının Nərimanov rayonunda seksual xarakterli zorakılıq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ağasif Babayev Nərimanov rayonu ərazisində Xatirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Zərərçəkmişin şikayətindən sonra Ağasif Babayev həbs edilib.
İstintaq orqanı tərəfindən Ağasif Babayevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Ağasif Babayevin barəsində toplanan cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.