4 İyun 2019 13:46
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qəza ilə bağlı rəmis açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyunun 3-də, saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarında baş verib.

Yol kəönarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi, qadın meyiti olması barədə Daxili İşlər Nazirliyinin “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər