Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölüb, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Biləsuvar rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.