Güney Azərbaycanın ustad aşıqlarından olan Heydər Mahmudi vəfat edib.
Teleqeraf.com xəbər verir ki, sənətkar Həmədan şəhərindəki evində dünyasını dəyişib.
O, Həmədan şəhər qəbiristanlığında dəfn olunub.
Uşaq yaşlarından aşıq sənəti ilə məşğul olan Heydər Mahmudi 70 il müddətində bu sənətə böyük töhfələr verib. O, Qum-Sava-Həmədan aşıq məktəbinin məşhur saz-söz ustadlarından biri sayılırdı.