Bakıda qapı-pəncərə sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb.
Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.