Bakının Qaradağ rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, sentyabrın 12-də saat 13 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu polis bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.