17 Sentyabr 2019 09:23
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com