17 Sentyabr 2019 22:22
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə ötən il intihar edən Cakob Standbridce adlı gənc futbolçunun ölümünün səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, futbolçu sevgilisinin telefonuna gələn mesajı gördükdən bir neçə saat sonra canına qəsd edib.

Polis 21 yaşlı futbolçunu intihara sürükləyən mesajın nə olduğunu açıqlamasa da, yaxınları qızın ona xəyanət etdiyi qənaətindədir. Cakob hadisədən əvvəl anasına "Hər şey üçün təşəkkür edirəm. Çox təəssüf" deyə, mesaj yazıb. Futbolçunun sevgilisi isə məhkəmədə verdiyi ifadədədə onun steroid maddə istifadə etdiyini deyib.

Cakob Standbridce özünü qatarın altına ataraq həyatına son qoyub.


Müəllif: Teleqraf.com