İsrailin Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürülüb. Bu məlumatı Trend-ə İsrailin Azərbaycandakı səfirliyindən təsdiqləyiblər.
Səfirlikdən bildiriblər ki, İsrailin Azərbaycandakı yeni səfiri vəzifəsinə Dan Stavın namizədliyi irəli sürülüb: “Lakin onun təyinatı hələ təsdiqlənməyib. Bunun nə zaman baş tutacağı da hələ məlum deyil. Hazırda İsrailin Azərbaycandakı səfiri Rafael Harpazdır və o, öz fəaliyyətini davam etdirir”.
İsrail hökuməti Azərbaycanla yanaşı, digər ölkələrdə də yeni səfirlərin namizədliyini irəli sürüb.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri R.Harpaz Azərbaycanda fəaliyyətinə 2012-ci ildə başlayıb.
Qeyd edək ki, namizədliyi irəli sürülən D.Stav bir müddət İsrailin Nepalda səfiri və Hindistanda müvəqqəti işlər vəkili vəzifəsində fəaliyyət göstərib.