21 Sentyabr 2019 08:32
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ölkənin Bitlis vilayətində zərərsizləşdirilən terrorçulardan biri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışda olan PKK mənsubu Devrim Akbay olub.

Teleqraf.com xəbər verir ki, bu fakt məhv edilən terrorçuların şəxsiyyətinin araşdırılması nəticəsində üzə çıxıb. Bildirilir ki, Devrim Akbay ləqəbli terrorçu bir sıra ağır cinayətlərdə ittiham olunub. DİN onun axtarışına 300 min lirə (təxminən 59 min ABŞ dolları) vəsait ayırmışdı.

Qeyd etmək lazımdır ki, Türkiyə hökuməti PKK terror təşkilatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Məğlubiyyətlə hesablaşmaq istəməyən PKK indi insanlığa sığmayan daha iyrənc metodlara əl atıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər