23 Sentyabr 2019 11:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda ağır qəza olub.

Teleqraf.com xəbər verir ki, rayonun Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov