23 Sentyabr 2019 16:06
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda saxta qızıllıa kredit təşkilatından pul götürmək istəyən iki nəfərə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də rayon ərazisindəki kredit təşkilatlarından birinə gələn Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildirib.

Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər