19 Oktyabr 2019 00:35
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub.

Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində pilot yerindəcə ölüb.

"Pikap" avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı deyilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com