19 Oktyabr 2019 20:59
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.

Hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Şəmsəddin Əliyevi iri buynuzu heyvan vurub. Nəticədə ağır xəsarət alan kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com