18 Sentyabr 2014 22:45
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikanı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə APA “UNN”-ə istinadən xəbər verir. “Mən ABŞ-a müraciət edərək işğalçıya qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş edirəm”, deyə Poroşenko bildirib.


Dövlət başçısı qeyd edib ki, ukraynalı vergiödəyicilər amerikalı vergiödəyicilər kimi yalnız sülh istəyirlər.


Qeyd edək ki, Ukrayna prezidenti ABŞ Konqresində güclü alqışlarla qarşılanıb. Poroşenko konqresmenləri salamlayaraq qeyd edib ki, “Ukraynanın məhz hazırda bütün dünyanın birliyi və həmrəyliyinə ehtiyacı var!”.


Müəllif:

Oxşar xəbərlər