Bakıda 2-si azyaşlı olmaqla bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Nəsimi rayonunun Cavadxan küç, mənzil 30 dan, 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.