25 Noyabr 2019 13:00
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər