27 Noyabr 2019 20:35
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 26-da saat 18 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi “VAZ-21104” markalı avtomobili qarşıda gedən həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb. Nəticədə R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com