8 Dekabr 2019 23:28
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının Yasamal rayonunda intihar edən qızın kimliyi müəyyənləşib.

Teleqraf.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, özünü hündürmərtəbəli binadan ataraq intihar edən Qrıtımova Sevinc İlham qızı Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır.

Məlumatı Qırtımovlar ailəsinə yaxın olan şəxslər təsdiqləyiblər. S.Qırtımovanın hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil. Əslən Zaqataladan olan S.Qırtımova bir müddət idi ki, Bakıda işləyirdi.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com