11 Dekabr 2019 11:45
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub.

Nəticədə xcəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov