Moskva ətrafındakı Nesterovo kəndində köməkçi tikililərdə yanğın zamanı ölənlərin sayı 8-ə çatıb.
Teleqraf.com xəbər verir ki, tikililərdə istixanalarda işləyən miqrant fəhlələr yaşayıblar. Onların arasında Rusiyada işləmək hüququ olmayan Vyetnam vətəndaşlarının olduğu bildirilir.
Yanğının elektrik kabellərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.