Bakının Binəqədi rayonunda iki oğurluq faktının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş A.Məmmədovun ətrafında Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Onun Bakı şəhər sakini T.Əhədovanın çantasından içərisində 400 manat, sənəd və 3 ədəd yaddaş kartı olan pulqabısını oğurlaması müəyyən edilib.
Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırma aparılıb.
Onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Hər iki faktla bağlı cinayət işi açılıb.