Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisindəki idman zallarının birindən 1125 manat, 2 ədəd velosiped və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.